Ürdün: İrandan atılan 6 raketdən 4-ü zərərsizləşdirildi

Ürdün İran tərəfindən ölkə ərazisinə doğru buraxılan 6 raketdən 4-nün hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini, digər 2 raketin isə boş əraziyə düşdüyünü açıqlayıb.

Rəsmi məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin hər hansı maddi ziyan qeydə alınmayıb. Mühəndis-istehkam bölmələri raket qalıqlarının düşdüyü ərazilərdə araşdırma aparır.

İranın atdığı raketlər səbəbindən Ürdünün cənubundakı Əqəbə şəhərində partlayış səsləri eşidilib və hava həyəcanı siqnalları verilib. İsrail mətbuatı isə raket hücumu zamanı Eylat şəhərində də partlayış səslərinin eşidildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki