Bakıda avtomobildən 5 min manat oğurlandı

Nəsimi rayonu ərazisində yerləşən avtomobil təmiri sexindən zərərçəkənə məxsus “Chevrolet” markalı avtomobilin 5 min manat dəyərində ehtiyat hissələri oğurlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 22 yaşlı Z.Abbasov müəyyən edilərək saxlanılıb. 

Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə iaşə obyektindən 2600 manat dəyərində 2 ədəd planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı A.Bayramzadə də müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki