Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı

Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.

Hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki