İtaliyanın Siciliya adasının müxtəlif bölgələrində baş verən meşə yanğınları güclü küləyin təsiri ilə genişlənib. Yanğınların söndürülməsi üçün yanğınsöndürənlər, mülki müdafiə və meşə xidmətinin əməkdaşları gecəboyu mübarizə aparıblar.
Palermo yaxınlığında başlayan yanğınlar yaşayış məntəqələrini təhdid edib, bəzi evlər alovun əhatəsində qalıb. Təhlükə səbəbindən 100-dən çox sakin təxliyə olunub.
Yanğınlar elektrik kəsintilərinə, yolların bağlanmasına və nəqliyyatda ciddi çətinliklərə səbəb olub. Alovun söndürülməsi üçün bölgəyə helikopterlər və xüsusi yanğınsöndürmə təyyarələri cəlb edilib.
