Mehri meri rüşvət işi üzrə saxlanıldı

Ermənistanın Zəngəzur (Sünik) vilayətində hüquq-mühafizə orqanları tərəfindən irimiqyaslı əməliyyat keçirilib.

Referans Media “1lurer.am” saytına istinadla xəbər verir ki, ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi icma rəhbəri də daxil olmaqla 8 nəfərin saxlanıldığını təsdiqləyib.

“Rüşvətlə alma və rüşvət vermə faktları üzrə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində başlanan cinayət işi çərçivəsində 8 nəfər saxlanılıb. Onların arasında Mehri icmasının rəhbəri Xaçatur Andreasyan və Ətraf Mühitin Mühafizəsi – Eko-Patrul Xidmətinin Sünik vilayət bölməsinin rəisi də var. İstintaqın maraqları naminə hələlik digər təfərrüatları açıqlaya bilmirik”, – deyə komitədən verilən rəsmi açıqlamada qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki