Bakıda avtobus QƏZA TÖRƏTDİ- VİDEO

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media Ajans.az-a istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərova küçəsində qeydə alınıb. İlkin məlumata görə, 17 nömrəli sərnişin avtobusu qəza törədib.

Hadisə zamanı avtobusda olan sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə ediliblər. Qəza nəticəsində ölən və ya xəsarət alanın olmadığı bildirilir.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki