Azərbaycanda donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrində bundan sonra kök hüceyrələrinin də transplantasiyası aparılacaq.
Referans Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Dəyişikliyə görə, müvafiq siyahının on üçüncü sətrinə "ağciyər" sözündən sonra "kök hüceyrələri" sözləri əlavə olunub.
Hüquqi tənzimləmə çərçivəsində "Baku Medical Plaza" klinikasının da səlahiyyətləri genişləndirilib. Yeni qərarla sözügedən tibb müəssisəsinə kök hüceyrələrinin transplantasiyasını həyata keçirməklə yanaşı, həm də onların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını təşkil etmək hüququ verilib.
