Hatayın İskenderun rayonunda meşəlik ərazidə naməlum meyit aşkar edilib. Hadisə çobanın meyiti görərək aidiyyəti qurumlara məlumat verməsi ilə üzə çıxıb.
Referans Media xəbər verir ki, jandarma əməkdaşları məlumat əsasında hadisə yerinə cəlb olunub və ərazidə ilkin baxış keçirilib. Meşəlik sahədə tapılan meyitin şəxsiyyəti aparılan araşdırmalar nəticəsində müəyyən edilib.
Jandarmanın JASAT qruplarının apardığı barmaq izi yoxlaması nəticəsində meyitin 33 yaşlı Osman Zonta məxsus olduğu təsdiqlənib.
İlkin ekspertiza zamanı mərhumun bədənində güllə yarası olduğu müəyyən edilib. Cəsəd yarılma üçün məhkəmə-tibbi ekspertiza morquna göndərilib.
Hadisənin qəsdən törədilmiş cinayət olub-olmaması hələlik dəqiqləşməyib. Faktla bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.






















