“Santos”un hücumçusu Neymar “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messinin atasının vəfatı ilə bağlı paylaşımına reaksiya verib.
Referans Media xəbər verir ki, Neymar Messinin sosial media paylaşımına bu şərhi yazıb:
“Sənə və ailənə çox güc arzulayıram. Bərk-bərk qucaqlayıram”.
Messinin atası 8 avqust 2026-cı ildə 68 yaşında vəfat edib. O, uzun müddət xəstəliklə mübarizə aparıb, lakin xəstəliyin dəqiq təbiəti açıqlanmayıb./Publika.az
