“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb

“Barselona” Runi Bardaqcinin çarpaz bağ zədəsi aldığını təsdiqləyib.

Referans Media xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin dünən məşqdə zədə aldığı və 6-7 ay meydanlardan kənarda qala biləcəyi bildirilir.

Bu gün Kataloniya klubu Bardaqciyə sağ dizində ön çarpaz bağın cırılması diaqnozu qoyulduğunu açıqlayıb. O, yaxın günlərdə əməliyyat olunacaq./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki