Kanada millisi DÇ-2026-da tarixi qələbəyə imza atıb.
Referans Media bildirir ki, Kanada yığması Qətər millisini 6:0 hesabı ilə darmadağın edib. Bu, komandanın dünya çempionatları tarixində ilk qələbəsi olub.
Kanadalıların heyətində Kayl Larin, Conatan Devid və Neytan-Dilan Saliba fərqləniblər. Conatan Devid üç qol vuraraq het-trik edib. Qətər millisinin yarımmüdafiəçisi Məhəmməd Əl-Mannai isə topu öz qapısından keçirib.
