backend

Mirzoyan “Zəngəzur dəhlizi”ndən danışdı: “Çalışırıq ki…”

  Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, Ankara ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün mühüm siyasi prioritetdir. Onun sözlərinə görə, İrəvan eyni zamanda Azərbaycanla əldə olunan sülhün institusional şəkildə möhkəmləndirilməsində də maraqlıdır və hər iki istiqamətdə “səmimi səylər” göstərir.

Referansaz.az-ın  məlumatına görə Mirzoyan vurğulayıb ki, Türkiyə ilə normallaşma prosesi Azərbaycanla sülh danışıqlarından asılı deyil, lakin bu iki xətt arasında müsbət qarşılıqlı təsirin mümkün olduğunu istisna etməyib:

“Əgər bu iki proses arasında səbəb-nəticə əlaqəsi axtarsaq, tam əminliklə deyə bilərik ki, Türkiyə ilə münasibətlərin tam tənzimlənməsi Ermənistan–Azərbaycan normallaşmasına mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər”.

Nazir həmçinin Vaşinqtonda 8 avqust tarixində keçirilən sülh sammitində kommunikasiyaların açılması ilə bağlı əsas prinsiplərin razılaşdırıldığını xatırladıb. Bu prinsiplər arasında ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlıq dayanır.

Onun sözlərinə görə, həmin çərçivədə nəzərdə tutulan TRIPP marşrutu (Zəngəzur dəhlizi):

Azərbaycanı Naxçıvanla birləşdirəcək,
Ermənistanın digər ölkələrlə əlaqələrini genişləndirəcək,
bölgəni daha geniş coğrafiyalarla bağlayacaq.
Mirzoyan qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi layihəsinin tezliklə reallaşması üçün fəal şəkildə çalışır./musavat.com  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki