Gecə və səhər saatlarında Moskva və Moskva vilayəti istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı (PUA) hücum həyata keçirib.
Referans Media xəbər verir ki, hücumlar nəticəsində Moskva ətrafının bir neçə məntəqəsində yanğınlar baş qaldırıb.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, saat 20:30-dan 06:30-dək Moskva regionu istiqamətinə 390-dan çox PUA yönəlib.
O, eyni zamanda bildirib ki, bunlardan 81 pilotsuz uçuş aparatı Moskvaya yaxınlaşarkən məhv edilib.
"Telegram" kanallarında yayılan məlumatlara əsasən, Moskva vilayətinin Çexov şəhərində "Hidrostalkonstruksiya" zavodu hücuma məruz qalıb. İlkin məlumatlara görə, dron müəssisə ərazisindəki boruya çırpılıb. Eyni zamanda Çexovda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinə də PUA dəyib.
Bundan əlavə, yerli sakinlərin paylaşdığı görüntülərdən Podolsk və Koledino ərazilərində güclü yanğınların baş verdiyi görünür./Musavat.com/
