Türkiyənin "Beşiktaş" klubu misirli ulduz Məhəmməd Salahın transferi ilə bağlı danışıqları hələlik dayandırıb. İstanbul təmsilçisi mümkün uğursuzluq ehtimalını nəzərə alaraq alternativ variant üzərində işləyir.
Referans Media xəbər verir ki, klubun əsas hədəfi hazırda İtaliyanın "Roma" klubunda çıxış edən argentinalı cinah oyunçusu Matias Souledir.
Məlumata görə, "Beşiktaş"ın baş məşqçisi Vinçenzo İtaliano ötən həftə futbolçu ilə şəxsən telefon danışığı aparıb və onu komandaya keçməyə razı salmağa çalışıb.
Rəhbərlik ilk mərhələdə Souleni icarə əsasında transfer etməyi planlaşdırır. Lakin bu keçidin yekun forması Məhəmməd Salahın verəcəyi qərardan sonra müəyyənləşəcək.
23 yaşlı sağ cinah oyunçusu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Roma" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Futbolçunun transfer bazarındakı dəyəri isə təxminən 35 milyon avro qiymətləndirilir.
