Rusiya heç vaxt Ukrayna böhranının siyasi və diplomatik həllindən imtina etməyib və əvvəlki kimi ona hazırdır.
Referans Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Biz Ukrayna böhranının siyasi və diplomatik həllinə hazır olduğumuzu təsdiqləyirik, biz bundan heç vaxt imtina etməmişik", deyə o qeyd edib.
Diplomat əlavə edib ki, lakin bu, Alyaskada əldə edilən qarşılıqlı anlaşmalar əsasında olmalıdır.
Moskva Vaşinqtonu yeni ideyalar irəli sürməzdən əvvəl “Ankoric razılaşmaları” ilə bağlı vəziyyətə aydınlıq gətirməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya Ukraynadakı münaqişənin diplomatik həlli üçün yeni təklifləri və ideyaları nəzərdən keçirməyə hazırdır./Publika.az
