ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Türkiyəni etibarlı müttəfiq hesab edir və ona F-35 qırıcılarının satışı ilə bağlı qərar üçüncü ölkələrin təsiri altında dəyişdirilməyəcək.
Referans Media xəbər verir ki, Tramp bu fikri jurnalistlərin Netanyahunun Türkiyəyə F-35 təyyarələrinin verilməsinə etiraz etməsi ilə bağlı sualını cavablandırarkən səsləndirib.
“Türkiyə çox güclü dövlətdir. Möhtəşəm ölkədir və çox böyük silahlı qüvvələrə malikdir. Ordusunun arsenalında çoxlu müasir hərbi texnika var. Heç kim mənə hansı silahı satmalı və ya satmamalı olduğumu diktə edə bilməz”, – Tramp vurğulayıb./Globalinfo.az
