İlk görüşünü Zelenski ilə etdi - Gəmidə...

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Queen Elizabeth” təyyarədaşıyan gəmisində bu ölkənin yeni Baş naziri Endi Börnhem ilə görüşüb.

Referans Media xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat paylaşıb.

“Komandamızın Britaniyaya səfərinin Endi Bernemin vəzifəyə başlamasından bəri ilk rəsmi səfər olmasını yüksək qiymətləndiririk”, – deyə Zelenski bildirib.

Görüş zamanı tərəflər birgə müdafiə istehsalının inkişafını müzakirə ediblər.

Zelenski dronların qorunması üçün radioelektron mübarizə (REB) texnologiyalarının Kiyevə verilməsi qərarına görə Britaniyaya təşəkkür edib. O, həmçinin Baş naziri Ukraynaya səfərə dəvət edib.

Qeyd edək ki, Börnhem iyulun 20-si Britaniyanın Baş naziri seçilib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki