Tramp: "ABŞ olmasaydı, İsrail mövcud ola bilməzdi"

ABŞ Prezidenti Donald Tramp İsrailin Birləşmiş Ştatların dəstəyi olmadan mövcudluğunu sürdürə bilməyəcəyini bəyan edib.

Onun sözlərinə görə, əgər ABŞ İranın nüvə obyektlərinin məhv edilməsi üzrə əməliyyat keçirməsəydi, İsrail hələ bir neçə ay əvvəl məhv edilmişdi.

"Açıq danışsaq, biz bizsiz mövcud ola bilməyəcək bir çox ölkəyə çox yaxşı münasibət bəsləyirik. Bəs bilirsiniz bizsiz kim mövcud ola bilməzdi? İsrail. Bibi tezliklə gələcək və bunu sizə özü də deyəcək. Əgər mən müdaxilə etməsəydim və faktiki olaraq artıq nüvə silahı yaratmaq ərəfəsində olan həmin nüvə obyektlərini məhv etməsəydim, İsrail hələ bir neçə ay əvvəl məhv olardı. Ümumiyyətlə, əgər mən Obamanın o dəhşətli sazişinə son qoymasaydım, bu, hələ illər əvvəl baş verərdi", – deyə ABŞ dövlət başçısı vurğulayıb./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki