Rusiya Ermənistan gülünün Belarus vasitəsilə ölkəyə gətirilməsinin qarşısını alıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor) Ermənistandan 39 min ədəd qızılgülün Belarus vasitəsilə ölkəyə qanunsuz idxalının qarşısını alıb.

Referans Media xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iyulun 23-də qızılgül partiyası məhv edilib.

Gizlədilmiş yükü daşıyan Belarus vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə həbs qoyulub.

Qeyd edək ki, Ermənistandan Rusiyaya gül idxalına qoyulan məhdudiyyətlər bu il may ayının 22-dən etibarən qüvvəyə minib./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki