Gəncədə çay evlərindən birində mübahisə qanla nəticələnib.
Referans Media bildirir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
İki nəfər arasında baş verən insident zamanı 1995-ci il təvəllüdlü Məmməd Babayev kəsilmiş-deşilmiş yara xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
31 yaşlı kişi dərhal əməliyyata götürülüb, hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
