Amerikalı aktyor Nikolas Keyc sentyabr ayında Malibudakı malikanəsinin nəhəng çuxura doğru çökmə təhlükəsi ilə üzləşməsindən sonra müvəqqəti olaraq evsiz qaldığını bildirib.
Referans Media xəbər verir ki, "Page Six" nəşri xəbər verir ki, aktyor hazırda hotellərdə yaşayır.
"Hazırda bir qədər evsiz qalmışam. Malibudakı evimlə bağlı xoşagəlməz hadisə baş verib. Buna görə də hotellərdə yaşayıram", - deyə Keyc bildirib.
Nəşrin yazdığına görə, 62 yaşlı aktyorun okean sahilində yerləşən və 10,5 milyon dollar dəyərində qiymətləndirilən malikanəsi güclü yağışlar və sahil eroziyası nəticəsində ciddi zərər görüb.
Sentyabrın 8-də yayımlanan görüntülərdə malikanənin avtomobil yolunun yerləşdiyi ərazidə böyük çuxurun əmələ gəldiyi görünür. Asfalt və beton örtük çökərək dağıntılarla birlikdə çuxura tökülüb. Hadisə nəticəsində aktyorun qonşularının da təxliyə edilməsinə ehtiyac yaranıb./Oxu.az/
