Naxçıvanda qəza oldu, 3 nəfər xəsarət aldı – FOTOLAR

Naxçıvanda yol qəzası baş verib.

Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı “Niva” markalı avtomobillə “Daewoo Nexia” markalı avtomobil toqquşub.

Xəsarət alanlar – 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki