İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı bəyanatlarına münasibət bildirib.
Referans Media xəbər verir ki, bu barədə “İsrael24” məlumat yayıb.
Netanyahu qeyd edib ki, Ərdoğanın İsrail dövlətinin məhv edilməsinə yönəlmiş çağırışlarını ciddi qəbul edirlər.
“Xalqımızın tarixindən öyrəndiyimiz bir şey varsa, o da budur ki, kimsə sizi məhv etmək niyyətində olduğunu bəyan edirsə, buna ciddi yanaşmaq lazımdır”, – deyə İsrail baş naziri bildirib.
Netanyahu vurğulayıb ki, İsrail bu bəyanatları diqqətlə izləyir və məsələ ilə bağlı mövqeyini ABŞ-dakı tərəfdaşlarına da çatdırır.
“Bu təhdidləri diqqətdən kənarda qoymayacağıq”, – deyə o əlavə edib.//Globalinfo.az
