Norveç “Qaza Sülh Şurası”na üzv olmağa hazır olmadığını açıqlayıb.Referans Media xəbər verir ki, bu barədə Norveç baş nazirinin kanselyariyasının dövlət katibi Kristoffer Toner məlumat verib.
Toner bildirib ki, Norveç hesab edir ki, Qaza bölgəsində sülhün təmin olunması üçün təkliflər mövcud beynəlxalq strukturlar çərçivəsində, xüsusən BMT vasitəsilə hazırlanmalıdır:
“Sülhün əldə olunması üçün hərəkətlər və təkliflər yalnız artıq mövcud olan strukturlar daxilində həyata keçirilməlidir. Qaza Sülh Şurası isə bu çərçivədən kənara çıxır”, – deyə Toner vurğulayıb.
Bu qərar ABŞ-ın təşəbbüsü ilə yaradılan şuraya qarşı Avropa ölkələrinin ehtiyatlı yanaşmasının göstəricisi kimi qiymətləndirilir.
