Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesueladakı əməliyyatını “liberal dünya nizamının çökməsi”nin sübutu kimi dəyərləndirib
“Referans MEDİA” xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi addımların mövcud qlobal nizamın dağılmaqda olduğunu bir daha göstərdiyini bildirib. Onun sözlərinə görə, köhnə dünya sistemi çökmək üzrədir, lakin yeni dünya nizamı hələ formalaşmayıb.
Orban qeyd edib ki, hökuməti “sülh və təhlükəsizlik yolu”ndan dönmək niyyətində deyil. O, bu ilin ilk günlərində liberal dünya nizamının artıq süqut mərhələsinə daxil olduğunu xatırladan ciddi bir siqnal aldıqlarını deyib. Baş nazir ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı verdiyi hərbi qərara işarə edərək bildirib ki, Trampın bir il əvvəl Ağ Evə qayıdışı liberal dünya düzəninə “ölümcül zərbə” vurub.
