Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi yeni qanunla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 320 manata çatdırılıb. Bu ilin əvvəlindən pensiya kapitalının minimum məbləği 46080 manat təşkil edir.
Pensiya kapitalı ilə bağlı cəmiyyətdə bəzən çaşqınlıq yaranır. Vətəndaşlar bu kapitalın nə olduğunu, vəsaitin təyinatını, ondan istifadə şərtləri barədə suallar verirlər. İqtisadçılar, bu sahənin mütəxəssisləri məsələ haqqında vaxtaşırı çıxışlar edib məlumat versələr də sadə insanlar arasında hələ də suallar var.
Akif Nəsirli pensiya yaşına çatıb işləyən pensiyaçıların sosial vəziyyətindən də danışdı. O qeyd etdi ki, elə adamlar var əmək fəaliyyətini davam etdirirlər. Lakin sığorta kapitalları digər işçilərdən fərqli olaraq hər il yox, 6 ildən bir hesablanır ki, bu da sosial ədalət baxımından düzgün deyil.
Bir sözlə, göründüyü kimi, sosial müdafiə ilə bağlı ölkə qanunvericiliyində mübahisə və müzakirə olunası məqamlar var. Bu bir mütəxəssisin mülahizələri idi. Mövzunu davam etdirəcəyik.
