Pınar Altuğdan şok etiraf: Soyunma otağıma girib dodaqlarımdan öpdü

Türkiyəli aktrisa Pınar Altuğ həyat yoldaşı Yağmur Atacanla münasibətlərinin ilk dövrü barədə maraqlı açıqlama verib. Aktrisa onların ilk yaxınlaşmasını xatırlayaraq yaşadığı anları danışıb.

Referans Media xəbər verir ki, Pınar Altuğ bildirib ki, Yağmur Atacan bir dəfə onun soyunma otağına daxil olaraq onu qəfil öpüb. Aktrisa həmin an həyat yoldaşının onun üçün doğru insan olduğunu anladığını deyib.

İlk öpüşlərini xatırlayan Altuğ həmin an keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu bildirib:

“Soyunma otağıma girib dodaqlarımdan öpdü. Həmin an Yağmurun mənim üçün doğru insan olduğunu anladım. O öpüşdən aldığım həzzi burada sizə izah edə bilmərəm”.

Aktrisanın səmimi etirafı Türkiyə mətbuatında və sosial şəbəkələrdə diqqət çəkib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki