Könül Xasıyeva “pub”da səhnəyə çıxdı – Görüntülər yayıldı

Xalq artisti Könül Xasıyevanın Bakıda yerləşən "pub"lardan birində səhnəyə çıxması müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, xanəndənin həmin məkanda muğam ifa etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar izləyicilər arasında birmənalı qarşılanmayıb. Paylaşılan videolara çoxsaylı rəylər yazılıb: İnternet mağaza

“Sizin digər muğam ifaçıları kimi uşaqlara gənclərə muğamın sirlərini öyrədərkən görmək istərdik. Lütlərin çıxdığı bir məkanda sərxoşların əyləndiyi bir məkanda çıxış etməyi sizə heç yaraşdırmadıq...”, “Könül xanımın orda nə işini var axı?”, “belə sənətkarı belə məkanda oxumağı nə vadar edir axı?..”

Qeyd edək ki, həmin "pub"da ara müğənnilər tez-tez səhnə alır./“Yeni Sabah”/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki