Prezident bu qanunu İMZALADI

Prezident İlham Əliyev oktyabrın 23-də qəbul etdiyi "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi qanunu imzalayıb.

Referans Media xəbər verir ki, bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiqlənib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki