Elnarə Əhmədovaya mühüm vəzifə verildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) daha bir mühüm posta təyinat baş tutub.

Elnarə Əhmədova ASCO-da maliyyə nəzarətçisi vəzifəsinə təyin olunub.

O, noyabr ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Elnarə Əhmədova yeni təyinatından əvvəl, 2025-ci ilin mayından 2026-cı ilin sentyabrınadək “Prime Cotton” şirkətində baş mühasib vəzifəsində işləyib.

O, 2021-ci ilin oktyabrından 2025-ci ilin mayınadək Dövlət Məşğulluq Agentliyində Mühasibatlıq bölməsinin müdiri – baş mühasib, 2020-ci ilin noyabrından 2021-ci ilin oktyabrınadək isə həmin bölmənin böyük mütəxəssisi olub.

E.Əhmədova 2019-cu ilin oktyabrından 2020-ci ilin noyabrınadək “Bank BTB” ASC-də Mühasibatlıq bölməsinin böyük mütəxəssisi, 2017-ci ilin oktyabrından 2019-cu ilin oktyabrınadək aparıcı mütəxəssisi vəzifəsində çalışıb.

O, həmçinin 2017-ci ilin fevral-oktyabr aylarında bankın Müştəri xidmətləri departamentinin böyük mütəxəssisi, 2015-ci ilin martından 2017-ci ilin fevralınadək aparıcı mütəxəssisi, 2012-ci ilin dekabrından 2015-ci ilin martınadək isə həmin departamentin mütəxəssisi olub./Yurd.Media/

Elnarə Əhmədova
Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki