Prezident: "Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır"

Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir.

Referans Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki