Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Luiza Arbura təbrik məktubu ünvanlayıb.
Referans Media təbrikin mətnini təqdim edir:
“Hörmətli xanım General-Qubernator,
Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqların mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram”.
