Fransanın Baş naziri Sebastyan Le Kornel ölkənin 2027-ci il büdcəsinin hazırlanması çərçivəsində hökumət nazirlərinin maaşlarının azaldılması imkanını nəzərdən keçirir.
Referans Media xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti icra hakimiyyətinə yaxın mənbəyə istinadən məlumat verib.
Qəzetin məlumatına görə, belə bir tədbir dövlət büdcəsi xərclərini yalnız cüzi dərəcədə azaldacaq, lakin dövlət maliyyəsi və Fransa cəmiyyətindən tələb olunacaq sərt iqtisadi tədbirlərlə bağlı qarşıdan gələn mürəkkəb müzakirələr fonunda mühüm siyasi siqnala çevrilə bilər.
