Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüş keçirib.
Referans Media xəbər verir ki, görüş Kazanda, Qaliaskar Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında baş tutub. Bundan əvvəl həmin məkanda Rusiya–ASEAN sammitində iştirak edən nümayəndə heyətləri rəhbərlərinin rəsmi qarşılanma mərasimi təşkil olunmuşdu.
Tərəflərin regional proseslər, ikitərəfli münasibətlər və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi apardıqları bildirilir. /Musavat.com
