“Ukrayna məsələsində “tunelin sonunda işıq” görünür. Lakin Rusiya hədəfləri hərbi yolla həll etməyə çalışır”.Referans xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxır. Lkin Aİ üzvlüyünə etiraz etmir. Putin əlavə edib ki, referendumlardan sonra Rusiyaya birləşməni dəstəkləyən insanların mövqeyinə hörmət edilməlidir. Çünki bu, demokratiyanın təzahürüdür.
Putinin sözlərinə görə, Rusiya 2022-ci ildə Ukraynaya Donbasdan qoşunlarını çıxarmağı və münaqişəni bitirməyi təklif edib, lakin Kiyev bu addımı atmaqdan boyun qaçırıb. “Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin komplektləşməsi kritik həddə çatıb və onların böyük miqyaslı hücum əməliyyatlarını həyata keçirmək imkanları yoxdur, ehtiyatları isə getdikcə azalır.Ancaq rahatlaşmaq olmaz. Ukraynadakı faciəyə görə Qərb günahkardır”, – Putin vurğulayıb./Globalinfo.az
