"Qalatasaray"da yeni dövr başlayır: Uğurcan Çakır üçün hərəkətə keçildi

"Qalatasaray"da yeni prezident seçilən Dursun Özbek klubda heyət və maaş siyasəti ilə bağlı mühüm addımlar atmağa hazırlaşır.

Referans Media xəbər verir ki, rəhbərliyin ilk prioriteti baş məşqçi Okan Buruk ilə yeni müqavilə imzalamaqdır. Çempion baş məşqçi ilə yola davam edilməsi planlaşdırılır.

Bununla paralel olaraq, klubun gündəmində Uğurcan Çakırın maaşında ciddi artım edilməsi məsələsi var. Bildirilir ki, sarı-qırmızılı rəhbərlik milli qapıçı ilə yeni müqavilə danışıqlarına başlamağa hazırlaşır.

Məlumata görə, Uğurcan Çakırın hazırkı illik qazancı təxminən 2 milyon 250 min avro səviyyəsindədir. Klub rəhbərliyi isə onun performansını nəzərə alaraq maaşın artırılmasını planlaşdırır.

Qeyd olunur ki, Uğurcan Çakır bu mövsüm göstərdiyi sabit və yüksək performansla komandanın ən diqqətçəkən futbolçularından biri olub və kritik oyunlarda etdiyi müdaxilələrlə nəticələrə birbaşa təsir göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki