“Qarabağ”ın səfər sınağı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

Referans Media  xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

“Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq. “Turan Tovuz” isə “Kəpəz”i qəbul edəcək.

Xatırladaq ki, ötən gün keçirilən “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunlarında qalib müəyyənləşməyib – 0:0.

Azərbaycan kuboku: 1/4 final, ilk oyunlar 5 fevral

14:30 Şamaxı – Qarabağ Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov. Şamaxı şəhər stadionu, 14:30.

19:00 Turan Tovuz – Kəpəz Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov. Tovuz şəhər stadionu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki