Fransada müşahidə olunan rekord istilər və quraqlıq səbəbindən ətraf mühitin mühafizəsi məqsədilə 3 nüvə reaktorunun fəaliyyəti dayandırılıb.
Elektrik enerjisi şirkəti EDF bildirib ki, Meuse və Moselle çaylarında suyun səviyyəsinin azalması səbəbindən Chooz AES-də iki, Ardennes-də isə bir reaktor müvəqqəti olaraq dayandırılıb. Bundan əlavə, Bugey 3, Tricastin 4 və Saint-Alban reaktorlarında elektrik istehsalı azaldılıb.
Mütəxəssislər qeyd edirlər ki, Fransada may ayından bəri davam edən isti hava dalğaları və quraqlıq su ehtiyatlarına ciddi təsir göstərib. Hazırda ölkə ərazisinin üçdə birindən çoxunda quraqlıq hökm sürür və əksər bölgələrdə su istifadəsinə məhdudiyyətlər tətbiq olunub.
