Seulda ilk dəfə ən yüksək səviyyəli isti hava xəbərdarlığı edilib

Cənubi Koreyanın paytaxtı Seulda havanın temperaturunun 38 dərəcəyə çatacağı proqnozlaşdırıldığı üçün şəhərdə ilk dəfə ən yüksək səviyyəli isti hava xəbərdarlığı elan edilib.

Yerli KİV-in məlumatına görə, mayın 15-dən bəri paytaxtda isti hava ilə əlaqədar 2 nəfər ölüb, 185 nəfər isə müxtəlif istilik mənşəli xəstəliklərdən əziyyət çəkib.

Şəhər üzrə təxminən 4 min məntəqə sakinlər üçün sərinləmə sığınacağı kimi müəyyən edilib. Cənubi Koreyanın Daxili İşlər Nazirliyi vətəndaşlara zərurət olmadıqca çölə çıxmamağı, sərin yerlərdə qalmağı və bol su qəbul etməyi tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki