Apple, uşaq cinsi istismarı ilə bağlı qaydaların pozulduğunu əsas gətirərək Telegram tətbiqini qısa müddətə App Store-dan çıxarıb.
Şirkət bildirib ki, yoxlama zamanı qaydaları pozan məzmun aşkarlanıb. Telegram həmin məzmunu operativ şəkildə silərək paylaşan istifadəçini blokladıqdan sonra tətbiq yenidən App Store-a qaytarılıb.
Telegram isə sosial şəbəkədə paylaşım edərək hadisəyə istehza ilə yanaşıb və Apple-ı işarələyərək bu yanaşmanın digər tətbiqlərə də eyni şəkildə tətbiq olunub-olunmayacağını soruşub. Bundan əvvəl Rusiya Telegram-ın qurucusu Pavel Durovnu terrorçular və ekstremistlər siyahısına daxil etmiş, Avstraliya isə terror məzmununu silmədiyi üçün platformaya qarşı məhkəmə iddiası qaldırmışdı.
