Pezeşkian istefa iddialarını təkzib edib

İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

İranın rəsmi IRNA agentliyinin yaydığı görüntülərdə Pezeşkian, "Əgər istefa versəm, bunu açıq şəkildə elan edərəm. İstefa etməyəcəyəm, mübarizə aparacağam", - deyə vurğulayıb.

O, həmçinin İranın ali lideri Əli Xamenei və Silahlı Qüvvələrlə arasında fikir ayrılığı olduğu barədə iddiaları da təkzib edərək, onlarla tam koordinasiya şəraitində çalışdıqlarını bildirib.

Qeyd edək ki, son günlər bəzi müxalif media orqanlarında Pezeşkianın bir neçə dəfə istefa ərizəsini Xameneiyə təqdim etdiyi barədə iddialar yayılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki