Qətərdəki dəhşətli partlayışın GÖRÜNTÜLƏRİ YAYILDI

Qətərdə yerləşən Ras-Laffan sənaye şəhəri raket hücumuna məruz qalıb.

Hadisə ilə bağlı görüntülər ilk dəfə olaraq “Al-Jazeera” telekanalı tərəfindən yayımlanıb.

Məlumata görə, İran tərəfindən atıldığı iddia olunan raketlər ölkənin əsas qaz mərkəzlərindən biri sayılan Ras-Laffan ərazisinə düşüb. Zərbələr nəticəsində kritik enerji infrastrukturu ciddi ziyan görüb.

Hadisənin dünya qaz bazarına da təsir etdiyi bildirilir. Ekspertlər hesab edir ki, belə hücumlar qlobal enerji təchizatında qeyri-sabitliyə və qiymət artımına səbəb ola bilər.

Rəsmi qurumlar hələlik itkilərin miqyası və mümkün nəticələrlə bağlı ətraflı məlumat açıqlamayıb.//musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki