Razılaşma rəsmiləşdi – fotodakı detal geniş rezonans doğurdu

ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik razılaşma ilə bağlı yeni detallar diqqət çəkib. Yayılan görüntülərdə İran Prezidenti Məsud Pezeşkianın imzaladığı sənəddə ABŞ Prezidenti Donald Trampın imzasının da yer aldığı görünür.

Referans Media xəbər verir ki, tərəflər arasında aparılan diplomatik təmaslardan sonra razılaşdırılmış sənəd hər iki ölkə rəhbəri tərəfindən təsdiqlənib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi razılaşmanın elektron formada imzalandığını və ayrıca imzalama mərasiminin keçirilməyəcəyini bildirib.

Daha əvvəl ABŞ tərəfi də sənədin imzalanması ilə bağlı açıqlama vermişdi. Bildirilirdi ki, Donald Tramp razılaşmanı G7 sammiti çərçivəsində Fransada olarkən təsdiqləyib.

Məlumata əsasən, qüvvəyə mindiyi bildirilən sənəddə hərbi qarşıdurmanın dayandırılması, Hörmüz boğazının fəaliyyəti, sanksiyalar, regional təhlükəsizlik və gələcək danışıqlar mexanizmləri ilə bağlı müddəalar yer alır.

Sənəddə həmçinin tərəflər arasında növbəti mərhələdə əlavə danışıqlar prosesinin davam etdirilməsi nəzərdə tutulur.

Razılaşmanın bölgədəki siyasi və iqtisadi proseslərə necə təsir göstərəcəyi isə yaxın dövrdə daha aydın görünəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki