“Komo” klubunun yarımmüdafiəçisi Niko Pas İspaniyaya qayıda bilər.
Referans xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 20 yaşlı argentinalı futbolçu ilə “Real” maraqlanır. Klub öz yetirməsini 8 milyon avroya geri almaq hüququndan istifadə etmək niyyətindədir.
Geridə qalan mövsümdə Pas “Komo”nun heyətində 35 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə verərək A seriyasının 23 yaşadək futbolçular arasında ən yaxşısı seçilib.