İran Silahlı Qüvvələri Hörmüz boğazına tam nəzarətin təmin edildiyini açıqlayıb.
Referans Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı – “Xatəm əl-Ənbiya” məlumat yayıb. Qurum ABŞ-ın boğazda sərbəst naviqasiyanın mümkün olduğu ilə bağlı açıqlamalarını təkzib edib və bu iddiaları “uydurma” adlandırıb.
Qərargahın bəyanatında bildirilib ki, Hörmüz boğazından keçən tankerlər və digər kommersiya gəmiləri İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan hərəkət edə bilməz.
Bu açıqlama Hörmüz boğazında gərginliyin daha da artdığı bir vaxtda İranın strateji su yolunda nəzarət iddiasını sərtləşdirdiyini göstərir./Globalinfo.az
