Britaniyanın Şərqi Sasseksdəki Lüis rayonu yaxınlığında qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.
Bu barədə "Sky News" məlumat yayıb.
Qəza nəticəsində iki nəfər ağır, doqquz nəfər isə yüngül xəsarətlər alıblar. Xəstələr hadisə yerində müayinə və müalicə olunub. Bəziləri əlavə müalicə üçün yerli xəstəxanalara aparılıb.
Qeyd olunur ki, Londondan İstborna gedən qatarda təxminən 150 nəfər olub.
***
İngiltərənin Şərqi Sassek qraflığındakı Lüis şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
Bu barədə BBC məlumat yayıb.
Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və nəqliyyat polisi cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib./Teleqraf

