Cəbhədə vəziyyət hazırda çox çətindir və Rusiya cənub istiqamətində yeni hücuma hazırlaşır.
Referans axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, Rusiya qüvvələri iki əsas istiqamətə – Donetskin Pokrovsk bölgəsinə və cənubdakı Zaporojye cəbhəsinə toplanır. Pokrovsk Rusiya üçün həlledici əhəmiyyət daşıyır və orada 100 mindən çox rus əsgərinin olduğu bildirilir.Sırski Zaporojye istiqamətində də hücum əməliyyatlarının planlaşdırıldığını deyib:
“Məqsəd Ukrayna müdafiəsini yarıb içərilərə daxil olmaqdır”.
