Rusiyada tələbələrə hücum

Rusiyanın Ufa şəhərində bir nəfər Başqırd Dövlət Tibb Universitetinin yataqxanasına bıçaqla hücum edib. 

Referans Media  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hücum nəticəsində 4 tələbə və bir polis məmuru yaralanıb. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıblar.

Rusiya hüquq mühafizə orqanları hücum edən şəxsi saxlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki