“Belə qeyrətli cavanlar çoxalsa...” - Tanınmış həkimdən Gülarənin qətli ilə bağlı ŞOK PAYLAŞIM - FOTO

Özünü psixoterapevt-həkim və elmi-lədun bilicisi kimi təqdim edən, 39 kitabın müəllifi olduğunu bildirən Paşa Yaqubun sosial şəbəkədəki paylaşımı ciddi müzakirələrə səbəb olub.

Referans Media  xəbər verir ki, o, Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı yazdığı şərhdə cinayətə haqq qazandıran mövqe sərgiləyib.

Paşa Yaqub öz paylaşımında “Belə qeyrətli cavanlar çoxalsa, bəlkə pozğunluğun qarşısı alınar” ifadəsini işlədib.


69454278_1376894752463214_5454336293842452480_n.jpg (154 KB)

O, paylaşımının şərh bölməsində Gülarənin qardaşının ondan sosial şəbəkələrdəki açıq-saçıq şəkillərini silməyi tələb etdiyini, gənc qızın isə bundan imtina etdiyi üçün öldürüldüyünü yazıb.

Xatırladaq ki, 2003-cü il təvəllüdlü Gülarə Mehdiyevanın qətli ilə bağlı xəbərlər ictimaiyyətdə geniş rezonans doğurub. Gənc qadının şəxsi həyatına və sosial şəbəkə paylaşımlarına görə öldürülməsinə haqq qazandıran yanaşma isə ayrıca müzakirə mövzusuna çevrilib.

Qadının geyimi, şəxsi həyatı və sosial şəbəkə paylaşımları heç kimə onun həyatına qəsd etmək hüququ vermir. Qətlin hansı səbəbdən törədilməsindən asılı olmayaraq, cinayətə haqq qazandırmaq cəmiyyətdə zorakılığın normallaşmasına xidmət edə bilər.

Bu yanaşma diqqət çəkən məqamlarla yanaşı, ciddi suallar da doğurur. Belə ki, şəxsin sosial şəbəkədəki fəaliyyəti, geyimi, şəxsi həyatı və ya ailə üzvləri ilə münasibətləri heç bir halda onun həyatına qəsd edilməsinə bəraət qazandıra bilməz.

Xüsusilə də özünü elm, tibb və mənəvi bilik sahibi kimi təqdim edən şəxslərin belə həssas məsələlərdə səsləndirdiyi fikirlər ictimai məsuliyyət baxımından əhəmiyyət daşıyır. Qadın qətlinə “qeyrət” donu geyindirmək və zorakılığı guya cəmiyyətdəki hansısa problemin həlli kimi təqdim etmək təhlükəli yanaşmadır.

Gülarə Mehdiyevanın qətli ilə bağlı hüquqi qiyməti istintaq və məhkəmə verməlidir. Lakin heç bir şəxsi mülahizə və ya iddia qətlin bəraət qazandırılması üçün əsas ola bilməz.

Paşa Yaqubun paylaşımı isə qadınlara qarşı zorakılıq, ailədaxili münasibətlər və cəmiyyətdə formalaşan yanlış düşüncə tərzi ilə bağlı müzakirələri bir daha gündəmə gətirib.

Özünü elmi-lədun bilicisi kimi təqdim edən şəxsin sözügedən paylaşımını təqdim edirik:


Ekran şəkli 2026-11-18 153109.png (435 KB)

Gülarənin qətli ilə bağlı TƏFƏRRÜATLAR

2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası onu tərk edib.

Məlumata görə, Gülarənin anası 2006-cı ildə atasından ayrılıb və azyaşlı Gülarəni də atasının himayəsinə verərək, evi tərk edib. Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə bir xanımla ailə həyatı qurub və onların birgə nikahdan 4 övladı dünyaya gəlib. Həmin qadından ilk övladı 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevdir. Ailənin 4-cü uşağı isə azyaşlıdır və ağır yataq xəstəsidir. Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və 5 uşağı böyüdüb.

Qeyd edək ki, hadisə noyabrın 16-da günorta saatlarında paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11-a ünvanında yerləşən binanın 1 saylı mənzildə - ailənin məskunlaşdığı evdə baş verib. Hadisə vaxtı ata və ana evdə olmasalar da, övladları mənzildə olublar.

Ayxan dərsdən evə gələrək bacısı ilə sosial şəbəkə barədə mübahisə edib. Məlumata görə, Ayxan sosial şəbəkələrdən birində bacısı Gülarənin açıq-saçıq şəkillərini görüb və buna görə ona irad tutub. O, şəkillərdən birinə tanımadığı oğlanların rəy yazdığını görüb və buna görə onların silinməsini bacısından tələb edib. Bacısı isə şəkilləri silməkdən imtina edib. Nəticədə Ayxanla Gülarə arasında mübahisə yaranıb və Ayxan ögey bacısını qətlə yetirib./Musavat.com/


Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki