Milyonlarla insan 19 noyabrda işdən icazə almağa hazırlaşır – Səbəb təəccübləndirdi!

Dünyada milyonlarla oyun həvəskarının səbirsizliklə gözlədiyi GTA 6-nın təqdimat tarixi yaxınlaşdıqca maraqlı mənzərə ortaya çıxıb. ABŞ-da aparılan araşdırmaya əsasən, oyunun satışa çıxacağı ilk gün təxminən 12,5 milyon insanın işə və ya dərsə getməməsi gözlənilir.

Referans Media xəbər verir ki, PCMag-ın araşdırmasına görə, 19 noyabr 2026-cı il tarixində ABŞ-da milyonlarla insan GTA 6-nı oynamaq üçün gündəlik fəaliyyətinə fasilə verməyi düşünür. Bu rəqəm təsdiqlənmiş məzuniyyət müraciətlərini deyil, sorğu nəticələrinə əsaslanan ehtimalı əks etdirir.

Araşdırmada iştirak edən yetkin oyunçuların 8 faizi oyun üçün işdən icazə ala biləcəyini bildirib. Z nəslinin nümayəndələri arasında isə bu göstərici 13 faizə çatıb. Bununla belə, respondentlərin 68 faizi GTA 6-nı satışa çıxdığı dövrdə oynamağı planlaşdırmadığını qeyd edib.

Digər tərəfdən, Logitech şirkətinin oyunun təqdimat günü 7 mindən çox əməkdaşına məzuniyyət verdiyi iddia olunur. Lakin şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

Qeyd edək ki, GTA 6-nın 19 noyabr 2026-cı ildə oyun konsolları üçün satışa çıxarılması planlaşdırılır. Oyunun ön sifarişlərdən 1 milyard dollardan çox gəlir əldə etdiyi də iddia edilsə də, bu rəqəm rəsmi təsdiqini tapmayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki